AZ

Dələduzluğa görə səkkiz nəfər saxlanılıb

Polis əməkdaşlarının iyulun 28-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

Məlumatı DİN mətbuat xidməti yayıb.  

İyulun 28-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər də tapılaraq aidiyyəti üzrə təhvil verilib.

P.ƏMİRCANOV
XQ

Seçilən
0
22
xalqqazeti.az

10Mənbələr