PSJ-nin qapıçısı Canluici Donnarumma klubdan ayrıla bilər.
İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı italiyalı ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar müsbət nəticələnməyib. Qapıçı ilə “Mançester Yunayted”, “Mançester Siti” və “Çelsi” maraqlanır.
2024/25 mövsümündə Donnarumma bütün yarışlarda 47 matçda iştirak edib və 43 qol buraxıb.