AZ

SOCAR-da BVF missiyasının rəhbəri ilə görüş keçirilib

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş təşkil olunub.

Finss.az SOCAR-a istinadən xəbər verir ki, görüşdə neft-qaz sektorunun inkişaf dinamikası, hasilat proqnozları, investisiyalar və enerji keçidi sahəsində görülən işlər müzakirə olunub.

Həmçinin, bərpa olunan enerji, qaz ixracı infrastrukturu və digər əlaqədar sahələr üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Fuad Mədətov
Finss.az

Seçilən
0
2
fins.az

8Mənbələr