AZ

"Çelsi" 19 yaşlı futbolçuya görə Niderland klubuna 40 milyon avro ödəyəcək

İngiltərənin "Çelsi" klubu Niderland təmsilçisi "Ayaks"ın müdafiəçisi Yorrel Hatoya görə 40 milyon avro ödəyəcək.

"Report"un "The Athletic"ə istinadən məlumatına görə, London klubu 19 yaşlı niderlandlı futbolçunun transferi ilə bağlı qarşı tərəflə razılığa gəlib.

Onun Amsterdam təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Qeyd edək ki, müdafiəçi ötən mövsüm bütün turnirlərdə 50 matçda iştirak edib, 3 qol və 6 məhsuldar ötürməyə imza atıb. "Transfermarkt" portalı futbolçunun dəyərini 35 milyon avro qiymətləndirir.

Seçilən
4
4
report.az

6Mənbələr