Pirşağıda azyaşlı və 31 yaşlı kişi dənizdə boğuldu
Pirşağı çimərliyində iki nəfər boğulub.Metbuat.az xəbər verir ki, hadisə iyulun 28-i saat axşam saatlarında qeydə alınıb. İmişli rayon sakini olan 2017-ci il təvəllüdlü azyaşlı dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.Elə həmin vaxt Pirşağı çimərliyində Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Rüfət Cabbarov suda boğulub.Onun da meyiti sudan çıxarılıb.Hər iki faktla bağlı araşdırma aparılır.