AZ

Lənkəranda çimərlik ərazisində avtoxuliqanlıq edən şəxs həbs edildi.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları çimərlikdə avtoxuliqanlıq hərəkətləri edərək vətəndaşların həyat və sağlamlığı üçün təhlükə yaradan “Vaz 21074” markalı avtomobilin sürücüsü 27 yaşlı Samik Mustafayevi saxlayıb. 
Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. 
Məhkəmənin qərarı ilə S.Mustafayev sürücülük hüququ bir il məhdudlaşdırılıb və o, 20 gün müddətində inzibati qaydada həbs edilib.

Bundan başqa yol polisi əməkdaşları tərəfindən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün saxlanılan "Vaz 2106" markalı avtomobilin sürücüsü 57 yaşlı Fizuli Kazımovun isə psixotrop maddədən istifadə etdiyi müəyyən edilib. Sürücü barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib və o, 15 gün inzibati qaydada həbs edilib.

Seçilən
6
44
operativmedia.az

10Mənbələr