AZ

"Sumqayıt"ın sabiq futbolçusu Gürcüstan klubunda

“Sumqayıt”dan ayrılan Giorgi Karaişvili ölkəsinə - Gürcüstana qayıdıb.

"Football-plus.az" xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Dinamo”ya (Tbilisi) keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Karaişvili ilə 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, 2024-cü ilin sentyabrından "Sumqayıt"da çıxış edən yarımmüdafiəçi meydana çıxdığı 21 oyunda 1 qol vurub.

Seçilən
1
football-plus.az

1Mənbələr