AZ

Tramp: İran sülh danışıqlarını pozur

Ajans.az xəbər verir ki,  CNN-in məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İranı son atəşkəs danışıqlarına müdaxilə edərək HƏMAS-a siqnallar göndərməkdə ittiham edib. Böyük Britaniyanın Baş naziri Keir Starmer ilə görüşü zamanı Tramp bildirib ki, İran Qəzza zolağında müharibəni dayandırmaq məqsədi ilə aparılan danışıqlara qarışır. "İran pis siqnallar göndərir, sizə deyirəm. Yaxın vaxtlarda ağır zərbələr almış bir ölkə üçün bu, çox pis, çox xoşagəlməz siqnallardır. Onlar belə etməməlidirlər," – deyə Tramp bildirib. O həmçinin İran xarici işlər nazirinin son televiziya çıxışına da toxunub.

"Düşünürəm ki, onlar (yəni İran) bu danışıqlara müdaxilə ediblər, HƏMAS-a siqnallar və göstərişlər veriblər. Bu, yaxşı deyil. Heç də yaxşı deyil," – Tramp əlavə edib.

Seçilən
0
Ajans.az

1Mənbələr