AZ

Tayland və Kamboca arasında yeni razılaşma | VİDEO

AzVision.az xəbər verir ki, Kambocadakı mənbələrə istinad edən “Reuters” agentliyi belə məlumat yayıb.
Kambocanın, həmçinin atəşkəs rejiminə nəzarət etmək üçün beynəlxalq müşahidəçilər göndərməyi təklif etdiyi bildirilir.

Bununla belə, atəşkəs barədə dünən əldə olunmuş razılşamya baxmayraq, iyulun 29-da Tayland ordusunun Quru qoşunlarının Komandanlığı Kambocanın ordu komandirlərinin görüşünü təxirə saldığını və sərhəddə döyüşlərin yenidən başladığını açıqlayıb.

Kamboca böyük hücum hazırlayır| VİDEO
Xatırladaq ki, Tayland və Kamboca arasında sərhəd münaqişəsi iyulun 24-ü səhər saatlarında kəskinləşib. Tayland hakimiyyəti Kambocanı münaqişəni qızışdırmaqda günahlandırıb, daha sonra isə ölkənin hərbi hava qüvvələri onun ərazisindəki hədəflərə zərbələr endirib.

İki ölkə arasındakı mübahisəli sərhəd bölgəsində Ta Moan Tom məbədi yaxınlığında quru qoşunları arasında döyüşlər baş verib. Taylandın Xarici İşlər nazirliyi bildirib ki, Kamboca əsgərləri Taylandın hərbi bazasını atəşə tutub və mülki hədəflərə zərbələr endirib, mülki əhali arasında itkilər olub.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
1
azvision.az

1Mənbələr