AZ

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında kredit qoyuluşları artıb

2025-ci ilin iyulun 1-nə Şərqi Zəngəzur iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 726 min manat və ya 6,5% artaraq 11,814 milyon manata çatıb.

Bu barədə Finss.az Mərkəzi Bankın məlumatına əsasən xəbər verir ki, hesabat dövründə regionda kreditlərin orta faiz dərəcəsi 17,55% təşkil edib. Kreditlərin 11,117 milyon manatı milli valyutada, 697 min manatı isə sərbəst dönərli valyutada (SDV) yerləşdirilib.

Eyni zamanda, 2025-ci ilin iyulun 1-nə Qarabağ iqtisadi rayonu üzrə kredit qoyuluşlarının həcmi 500,026 milyon manat olub. Bu göstərici əvvəlki ayla müqayisədə 4,072 milyon manat və ya 0,8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 52,812 milyon manat və ya 11,8% artım deməkdir.

Qarabağ regionunda kreditlərin orta faiz dərəcəsi 19,58% səviyyəsində olub. Burada da kreditlərin 498,761 milyon manatı milli valyutada, 1,265 milyon manatı isə sərbəst dönərli valyutada yerləşdirilib.

Qeyd edək ki, 2025-ci ilin iyulun 1-nə Azərbaycanın bütün regionları üzrə kredit qoyuluşlarının həcmi əvvəlki ayla müqayisədə 86 milyon manat və ya 0,3% azalaraq 28,472 milyard manat təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə isə bu göstərici 3,043 milyard manat və ya 12% artıb.

Fuad Mədətov
Finss.az

Seçilən
1
2
fins.az

3Mənbələr