AZ

İrandan PUA ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

İrandan PUA ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə Viral.az/” target=”_blank”>Viral.aza Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, iyul ayının 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Son Yazılar:

Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 12 kiloqram 100 qram narkotik vasitə marixuana  399 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Seçilən
6
49
viral.az

10Mənbələr