Avtosfer portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakıda baş verən hadisənin videosu anbaan kameraya düşüb. Avtosfer.az xəbər verir ki, görüntü iyulun 28-də, paytaxtın Xətai prospektində qeydə alınıb. Belə ki, sürücü idarə etdiyi 77-SM-601 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobillə hərəkət edən zaman göydən müəmmalı şəkildə daş parçaları düşüb. Nəticədə avtomobilin alın şüşəsi sınaraq yararsız hala düşüb. Lakin daş parçalarının haradan düşməsi məlum olmayıb.
Hadisə anını əks etdirən həmin görüntünü təqdim edirik.
Fərid
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.