ain.az, Reyting.az portalına istinadən məlumatı açıqlayır.
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblərReyting.az Dövlət Sərhəd Xidmətinə istinadla xıəbər verir ki, iyul ayının 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 12 kiloqram 100 qram narkotik vasitə marixuana və 399 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.