AZ

Rusiya Trampa: Hər yeni ultimatum müharibəyə doğru bir addımdır

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ prezidenti Donald Trampın Rusiya ilə “ultimatum oyunu” oynadığını bəyan edərək, “Hər yeni ultimatum Rusiya ilə Ukrayna arasında deyil, öz ölkəsi ilə müharibəyə doğru təhdid və addımdır” söyləyib.

Medvedev Trampın Ukraynada atəşkəs üçün Rusiya prezidenti Vladimir Putinə verdiyi "50 günlük" müddəti qısaldacağı ilə bağlı verdiyi yazılı açıqlamaya cavab verib.

Rusiyanın İsrail və ya İran olmadığını qeyd edən Medvedev, "Tramp Rusiya ilə ultimatum oyunu oynayır. Hər yeni ultimatum Rusiya ilə Ukrayna arasında deyil, öz ölkəsi ilə təhdid və müharibəyə doğru bir addımdır" deyib.

Medvedev bəyan edib ki, Tramp ABŞ-ın keçmiş prezidenti Co Baydenin yolu ilə getməməlidir.

Tramp Putinin Ukrayna ilə razılaşmaq üçün verdiyi 50 günlük müddəti “10 və ya 12 günə” qısaldacağını demişdi.

Seçilən
1
kommersant.az

1Mənbələr