AZ

Daha 125 tələbə xaricdə dövlət hesabına oxuyacaq

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na bakalavriat və doktorantura səviyyələri üzrə qəbul nəticələri müəyyən olunub.

Publika.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb.

Müsabiqənin nəticələrinə əsasən, 125 nəfər namizəd bakalavriat, 19 nəfər namizəd isə doktorantura səviyyəsi üzrə olmaqla, ümumilikdə 144 nəfər Dövlət Proqramına qəbul olaraq proqram iştirakçısı adını qazanıb.

Dövlət Proqramı iştirakçıları dünyanın 33 nüfuzlu ali təhsil müəssisələrində təhsil alacaqlar. Bu ali təhsil müəssisələri sırasında "Stanford University", "University of California, Berkeley", "National University of Singapore", "ETH Zurich", "University of Cambridge", "University of Oxford", University of Hong Kong", "Istanbul Technical University", "Seoul National University" kimi nüfuzlu ali təhsil müəssisələrinin adı var.

Seçilən
0
43
publika.az

10Mənbələr