“Barselona” yarımmüdafiəçisi Frenki de Yonqla müqavilə müddətini uzatmağı planlaşdırır.
Msport.az xəbər verir ki, klub niderlandlı futbolçunun danışıqlara razılıq verməsini gözləyir.
Kataloniya klubu de Yonqla müddəti daha bir mövsüm uzatmaq şərtilə 2028-ci ilə qədər müqavilə imzalamaq niyyətindədir.
Qeyd edək ki, yarımmüdafiəçi 2019-cu ildən “Barselona”nın formasını geyinir.