AZ

“Göstərmək istəyirik ki, hər şey kənardan göründüyü kimi deyil”

“İmişli” yeni mövsümə hazırlıqlarını Qəbələdə davam etdirir. Buna qədər Bakıda məskunlaşan kollektiv üç sınaq matçı keçirib. “Sabah” və “Araz-Naxçıvan”ın əvəzedicilərinə qalib gələn “İmişli” “Sumqayıt”la isə qolsuz heç-heçə edib.

Komandanın oyunçusu İdris İnqilablı “Futbolpress.az“a açıqlamasında toplanışı dəyərləndirdi:

“Hazırlıq qaydasında gedir. Əvvəl Mərdəkanda hazırlaşırdıq, indi Qəbələyə gəlmişik. Növbəti ünvan isə Quba olacaq. Keçirdiyimiz yoxlama oyunlarında pis çıxış etməmişik. Xüsusilə, Premyer Liqa təmsilçisi “Sumqayıt”la yaxşı oynadıq. Demək olar, mövsümə 40-50 faiz hazırıq. Qarşıda yenə oyunlarımız var. Vaxt keçdikcə daha yaxşı olmağa çalışacağıq”.

İdris komandanın hədəflərindən söz açdı:

“Yeni komandayıq baxımlı futbol oynamağa çalışacağıq. Komanda yenidən qurulur. Çempionat haqda nəsə demək tezdir, amma istəyirik ki, yaxşı yerlər uğrunda mübarizə aparaq. Bunun üçün əlimizdən gələni edəcəyik. Kənardan komanda zəif görünə bilər, amma göstərmək istəyirik ki, hər şey kənardan göründüyü kimi deyil. Belə şeylər uşaqlara daha motivasiya verir”.

Şahin Cəfərov

Seçilən
5
1
futbolpress.az

2Mənbələr