AZ

Ərdoğan Tokayevi rəsmi mərasimlə qarşılayıb

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın dövlət başçısı Kasım-Jomart Tokayevi rəsmi mərasimlə qarşılayıb. Məlumatıə “Anadolu” verib. 

Tokayev və onu müşayiət edən nümayəndə heyətini aparan təyyarə Ankaranın Esenboğa hava limanına enib.

Prezident Ərdoğanı hava limanında keçirilən mərasimdə milli müdafiə naziri Yaşar Gülər, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Burhanəddin Duran, Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər müşayiət ediblər.

Ərdoğan və Tokayev Esenboğa hava limanının fəxri qonaqlar zalında görüş keçiriblər.

P.ƏMİRCANOVXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
1
xalqqazeti.az

2Mənbələr