İsrailə qarşı daha bir ölkədə qadağa qərarı çıxarılıb. Belə ki, Niderland hökuməti İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qviri və maliyyə naziri Betsalel Smotriçi “persona non-grata” elan edib. Bu barədə yerli NOS kanalı Niderlandın xarici işlər naziri Kaspar Veldkampın parlamentə məktubuna istinadən məlumat yayıb. Bildirilib ki, onların Niderlanda girişləri qadağan edilib.
Sənədə görə, B.Smotriç və İ.Ben-Qvir qanunsuz məskənlərin genişləndirilməsini israrlı şəkildə müdafiə edib və Qəzza zolağında etnik təmizləməyə çağırıblar.
Mətləb