BAKI, 29 iyul. TELEQRAF
2024-cü ildə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) cəmi öhdəlikləri 38 milyon 774 min 981 manat olub. Ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə qurumun cəmi öhdəlikləri 13.8% artıb.
Teleqraf xəbər verir ki, agentliyin ticarət və digər kreditor borcları da artıb.
Bu borclar 35 milyon 107 min 41 manat təşkil edib ki, bu da 4.28% artım deməkdir.
Qurumun mənfəət vergisi öhdəlikləri isə 601 min 410 manat təşkil edib, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə burada 54.8% artım olub.