“Qalatasaray” və PSJ-nin sabiq futbolçusu Serj Oryenin yeni klubu məlum olub.
Futbolpress.az xəbər verir ki, 32 yaşlı cinah oyunçusu “Persepolis”lə anlaşıb. Bu barədə İran mətbuatı məlumat yayıb.
Karyerası ərzində “Lans”, “Tuluza”, PSJ, “Tottenhem” kimi klublarda forma geyinən Oryenin son ünvanı “Qalatasaray” olub. O, 2024-cü ilin yanvarından klubsuz idi.