AZ

ABŞ Kamboca və Tayland arasında atəşkəsə nəzarət edəcək - ÖZƏL

ABŞ Kamboca ilə Tailand arasında əldə olunmuş atəşkəs rejiminə nəzarət etməyə və onun qorunmasına dəstək verməyə razılaşıb. Olaylar.az xəbər verir ki, bu barədə Kambocanın Baş naziri Hun Manet ABŞ Prezidenti Donald Trampla telefon danışığından sonra məlumat verib. "Tramp razılaşdı ki, ABŞ atəşkəsə nəzarət prosesində iştirak edəcək və onun qorunmasına kömək göstərəcək," - deyə Hun Manet "Kyodo" agentliyinə bildirib.
Qeyd edək ki, 29 iyul tarixində Tayland ordusu Kambocanı atəşkəsi pozmaqda ittiham edərək, sərhəddə Kamboca tərəfinin "təşəbbüsü ilə" baş vermiş silahlı toqquşma barədə məlumat yaymışdı. Bununla belə, Taylandın baş nazirinin səlahiyyətlərini icra edən Pumtam Veçayaçay daha sonra sərhəddə vəziyyətin sabit olduğunu bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Malayziyanın Baş naziri Anvar İbrahimin təşəbbüsü ilə tərəflər arasında danışıqlar aparılıb və həmin danışıqlarda ABŞ və Çin nümayəndələri də iştirak edib. Görüşdən sonra atəşkəs elan olunub.
Tailand və Kamboca sərhədində 29 iyulun gecə yarısından qüvvəyə minən atəşkəsdən əvvəl beş gün davam edən silahlı qarşıdurmalar nəticəsində 30-dan çox insan, o cümlədən dinc sakinlər həlak olub. Toqquşmalar nəticəsində 300 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
6
olaylar.az

1Mənbələr