Paytaxtın Sabunçu rayonunda yerləşən Pirşağı çimərliyində 2 nəfər suda batıb.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, dünən saat 20 radələrində Pirşağı çimərliyində İmişli rayon sakini 2017-ci il təvəllüdlü Arif Aqil oğlu Rüstəmov və Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Rüfət Adil oğlu Cabbarov suda çimərkən boğulublar.
Onların meyiti sudan çıxarılıb.
Ölüm faktları ilə bağlı araşdırmalar aparılır.
Milli.Az