Filippin Respublikasında keçirilən 36-cı Beynəlxalq Biologiya Olimpiadasında məktəblilərimiz Azərbaycanı uğurla təmsil ediblər.
Operativ Media xəbər verir ki, Olimpiadada Azərbaycan məktəbliləri bir bürünc medal və həvəsləndirici mükafat əldə ediblər.
Belə ki, Bakı şəhəri 274 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əhməd Əhmədli bürünc medal, Kimya-biologiya təmayüllü Respublika liseyinin 11-ci sinif şagirdi Məmmədəmin Səlimli isə Həvəsləndirici mükafat qazanıb.