Rusiya Mərkəzi Bankının siyasətini yumşaltması ABŞ dollarının möhkəmlənməsinə kömək edəcək.
Publika.az "Bankiros" portalına istinadən xəbər verir ki, bunu investisiya üzrə ekspert Yevgeni Xodçenkov bildirib.
Ekspertin fikrincə, dollar birdən-birə 100 rubl (təxminən 2 manat 8 qəpik) kursuna qayıda bilər.
"Rusiya Bankı pul siyasətini yumşaltmağa başlayan kimi rublun zəifləməsi bərpa olunacaq. Məzənnə dərhal 100-dən yuxarı zonaya qayıdacaq, çünki indiki səviyyələrdə o, sadəcə olaraq Rusiya iqtisadiyyatının strukturuna uyğun gəlmir", - Xodçenkov qeyd edib.
Bundan əvvəl "Sovcombank"ın makroiqtisadi təhlil departamentinin rəhbəri Nikita Kulagin 2025-ci ilin üçüncü rübündə dolların 83 rubla (təxminən 1 manat 72 qəpiyə) başa gələcəyini bildirib.