AZ

Cənubi Qafqazda geosiyasi oyun qaydaları dəyişir

Bakı. Trend:

Cənubi Qafqaz bu gün sadəcə qeyri-sabitlik deyil, dərin vəsistemli keçid mərhələsini yaşayır. Ənənəvi tarazlıq formullarıdağılsa da, onların yerinə uzunömürlü alternativlər hələformalaşmayıb. Regionun periferiyasında yox, mərkəzində dayananəsas aktorlardan biri kimi Azərbaycan üçün bu proseslərin təbiətinisoyuqqanlı və dəqiq şəkildə təhlil etmək həyati əhəmiyyətdaşıyır.

Uzun illər Cənubi Qafqazdakı təhlükəsizlik və əməkdaşlıqarxitekturası Rusiya, İran, Qərb kimi xarici güc mərkəzləri iləregiondaxili aktorlar arasında qeyri-rəsmi maraq balansınaəsaslanırdı. Amma bu balans kifayət qədər kövrək idi və xaricifaktorlardan asılılıq göstərirdi. 2020-ci ildən, xüsusilə2022–2025-ci illər arasında bu sistem tədricən və geri dönməzşəkildə eroziyaya uğradı. Rusiya-Ukrayna müharibəsi, Qərbingeosiyasi parçalanması, Türkiyənin artan rolu və bəzi ermənidairələrinin revanşist, Qərbyönlü layihələri keçmiş kompromistoxumasını dağıtdı.

Azərbaycansa hər zaman regionda aydın, hüquqi və qarşılıqlıhörmətə əsaslanan əməkdaşlıq modelinin tərəfdarı olub. Bu, ilknövbədə Ermənistanla sülh sazişinin imzalanması, nəqliyyatxətlərinin açılması və dövlətlərin suverenliyinə hörmət deməkdir.Ancaq Ermənistanın və çox vaxt onun xarici tərəfdaşlarının - cavabreaksiyaları parçalanmış, manipulyativ və reaktiv xarakter daşıyır.Ermənistanın daxildə müstəqil siyasi kursu olmadığına görə o, daimfərqli protektorlar arasında manevr edir, amma məsuliyyətliregional strategiya formalaşdıra bilmir. Bu isə qeyri-sabitliyidərinləşdirir. Əgər regionun bir aktoru eyni anda bir neçəziddiyyətli məntiq üzrə hərəkət edirsə, bu zaman bütün sistemproqnozlaşdırıla bilməz hala gəlir.

Bu gün Cənubi Qafqazda nə anarxiya var, nə də iyerarxiya. Biznorma rəqabəti ilə qarşı-qarşıyayıq: Qərb prinsipləri, Rusiyatəhlükəsizlik doktrinası, İranın geostrateji ambisiyaları,Türkiyənin inteqrasiya gündəliyi və Azərbaycanın regionalsubyektivliyi - bunların hər biri vahid dil və format olmadan özoyununun qaydalarını tətbiq etməyə çalışır. Nəticədə hər birdiplomatik təşəbbüs, hər bir bəyanat və ya hərəkət onun mahiyyətinəgörə deyil, yaratdığı risklər və gizli motivasiyalar prizmasındandəyərləndirilir.

Bu çoxqütblülük, paradoksal olsa da, regionu açıq qarşıdurmadanqoruyur. Əvvəlki “donmuş münaqişələr”də status-kvo hərbi balanshesabına saxlanılırdısa, indi vəziyyət aktorlardan daha çevik vərasional davranış tələb edir. Bu artıq tam xaos deyil, amma sabitsistem də deyil - bu, idarə olunan qeyri-müəyyənlikdir.

Belə bir kontekstdə Azərbaycan strateji yetkinlik nümayişetdirir: öz maraqlarını sərt şəkildə qoruyarkən eyni zamanda sülhüinstitusionallaşdırmağa yönəlmiş təşəbbüslər irəli sürür. Bakıtərəfindən təklif olunan formatlar - Zəngəzur dəhlizindən tutmuşİran və Türkiyə ilə normallaşmaya, Avropa ilə enerji əməkdaşlığınaqədər - regiona rasional qarşılıqlı fəaliyyət arxitekturasınıqaytarmaq cəhdidir.

Robert Koheynin anarxiya şəraitində belə əməkdaşlığın mümkünlüyübarədə fikri yalnız o zaman keçərlidir ki, tərəflər arasındaminimum ortaq normalar mövcud olsun. Cənubi Qafqazda bu gün beləortaq norma yoxdur. Onların yerini birtərəfli “oyun qaydalarını”diqtə etmək cəhdləri alıb. Azərbaycan bunu anlayaraq təkcəsuverenliyini qorumağa deyil, eyni zamanda gücə əsaslanmayan,qarşılıqlı tanıma və siyasi etnikləşmədən imtina prinsiplərinəəsaslanan yeni regional sistemin formalaşmasına yönəlir.

Deməli, region fəlakətin astanasında deyil - seçimqarşısındadır. Ya davamlı qeyri-sabitlik və vaxtaşırı böhranlar, yada xarici oyunçuların ikili standartlardan imtinası və siyasi iradəilə yeni birgə mövcudluq modeli. Bu mənada Azərbaycan passiv obyektdeyil - o, bu yeni reallığın arxitektorlarından biridir.

2022-ci ildən Cənubi Qafqaz yeni mərhələyə daxil olub - əvvəlkiiyerarxiyanın dağılması və rəqabətli anarxiya şəraitinə keçid.Region artıq Moskva və Ankaranın dual təsiri ilə idarə olunmur.Onun yerini daha dinamik və mərkəzsiz bir konfiqurasiya alıb: istərdaxili, istərsə də xarici iştirakçılar getdikcə daha çox avtonomqərarlar qəbul edir və yalnız öz resurslarına və maraqlarınaəsaslanır.

Bir müddət əvvəl Rusiya və Türkiyə arasında formalaşmışqeyri-rəsmi konsensus sabitləşdirici funksiya daşıyırdı. RusiyaErmənistanda hərbi mövcudluğunu saxlayaraq onu silahlandırır vəformal təhlükəsizlik zəmanətçisi kimi çıxış edirdi. Türkiyə isəAzərbaycanla strateji əməkdaşlıq edərkən Moskvanın vasitəçilikambisiyalarını pozmurdu. Bu balans - zəif olsa da - müəyyənproqnozlaşdırıla bilənlik yaradırdı.

Bu gün həmin nizam çöküb. Ermənistan Fransaya və Hindistanayaxınlaşaraq, Rusiyadan uzaqlaşıb, KTMT-dən demək olar ki, imtinaetmiş və yeni hərbi alyanslara girib. Azərbaycan isə regionaltəhlükəsizlik məsələlərində suveren mövqeyini daha da gücləndirib.Bu, xüsusilə Çeçenistan hava məkanında baş verən təyyarə insidentivə ardınca atılmış qarşılıqlı addımlar fonunda özünü açıq şəkildəgöstərdi. Bu, Moskva ilə münasibətlərdəki qarşılıqlı etimadsızlığınvə əməkdaşlıq formatlarının yenidən baxılmalı olduğunungöstəricisidir.

Beləliklə, regionda vahid “çəki mərkəzi” qalmayıb. Heç bir güc -nə Rusiya, nə Fransa, nə ABŞ, nə İran, nə də Türkiyə - bu gün öziradəsini digərlərinə diktə edə bilmir. Hər bir aktor nisbimuxtariyyət şəraitində fəaliyyət göstərir, bu isə qeyri-sabitlikyaradır və bütün iştirakçılardan yüksək uyğunlaşma qabiliyyətitələb edir.

Eyni zamanda, maraqların uzlaşdırılması üzrə mövcudmexanizmlərin institusional kollapsı müşahidə olunur. Əvvəllərmüəyyən razılaşmalar, formatlar və zəmanətlər əsasında işləyənregional qarşılıqlı fəaliyyət sistemi artıq işləmir. Hərbi balansəvvəlki qədər sadə və şəffaf deyil: Ermənistan Hindistandan havahücumundan müdafiə sistemləri və Fransadan artilleriya qurğularıalaraq silahlanma siyasətini diversifikasiya edir; Azərbaycan isəhərbi büdcəsini artıraraq, İsrail və Türkiyə texnologiyalarıhesabına texniki potensialını gücləndirir; Rusiya Gümrüdəki hərbibazanı möhkəmləndirir, İran isə Zəngəzur dəhlizi məsələsində“qırmızı xətləri” getdikcə daha sərt şəkildə bəyan edir. Bütünbunlarla yanaşı, ABŞ da daxil olmaqla Qərb, “müşahidə missiyaları”adı altında Ermənistan-İran sərhəd zonasına daxil olmaq üçünfəallığını artırır.

Xüsusilə diqqətçəkən məqam isə Avropa İttifaqının Sünikbölgəsindəki müşahidəçilərinin kəşfiyyat fəaliyyəti ilə bağlıehtimallardır ki, bu da rəsmi Bakının ciddi reaksiyasına səbəbolmuşdur. Bu, təkcə narahatlığın ifadəsi deyil - bu, oyununqaydalarının dəyişdiyinə və Azərbaycanın artıq reaktiv yox,regional gündəmi formalaşdıran subyekt kimi qəbul olunmasını tələbetdiyinə dair siqnaldır.

Regiondakı tarazlıq bu gün çoxsaylı qovşaqlara bölünmüş vəparçalanmış xarakter daşıyır. Onun davamlılığı birbaşa olaraq yenireallığın əsas iştirakçılar - ilk növbədə Azərbaycan və Ermənistan- tərəfindən necə dərk olunmasından və qiymətləndirilməsindənasılıdır. Qarşılıqlı razılaşdırılmış struktur olmadığı üçün indikivəziyyət əsasən qarşılıqlı caydırıcılıq prinsipi üzərində qurulub:iştirakçıların heç biri açıq eskalasiyada maraqlı deyil, çünki bu,indi daha böyük siyasi və təhlükəsizlik xərcləri yaradır.

Eyni zamanda, xarici təsir modelləri də köklü transformasiyakeçirir. Əvvəllər daha idarəolunan və aydın olan xarici təsir bugün yerini rəqabətə verib. Rusiya hərbi mövcudiyyətini saxlayır,lakin “təhlükəsizliyin zəmanətçisi” statusunu faktiki olaraqitirib. ABŞ situativ şəkildə hərəkət edir. Avropa İttifaqı isəlegitimlik qazanmağa çalışsa da, bu istiqamətdə konsensusaəsaslanmayan təşəbbüslərlə çıxış edir. İran geostratejiprioritetlərini sərt şərtlərlə irəli sürür. Bu fonda yalnız Türkiyəardıcıl və tərəfdaşlıq yanaşmasını qoruyur - həm hərbi sahədə, həmdə nəqliyyat və iqtisadi inteqrasiya istiqamətində Azərbaycanlaəməkdaşlığı dərinləşdirərək regionun Orta Asiyaya açılmasına töhfəverir.

Bununla belə, regionun diplomatik arxitekturası parçalanmış vəkoordinasiya mərkəzindən məhrum qalıb. Heç bir beynəlxalq strukturbütün tərəflər tərəfindən etibar edilmir, nəticədə istər Aİ-nintəşəbbüsləri, istərsə də ABŞ və ya digər regional alyanslarınformatları əvvəlki aktual və funksional səviyyəsini itirib. Onlarınyerini desentralizasiya olunmuş, situativ və çox vaxt improvisasiyaxarakterli diplomatik kanallar alıb.

Müzakirə platformaları paralel şəkildə mövcuddur - ümumiprosedurlar, iştirak meyarları və nəticələrin qarşılıqlı tanınmasıolmadan. Türkiyə, İran və Rusiya arasında bəzi istiqamətlərdəəməkdaşlıq olsa da, bu formatlar universallıqdan uzaqdır.Azərbaycan və Avropa İttifaqı arasında dialoq davam etsə də, Aİ2025-ci ildə Sünikdə “humanitar monitorinq” adı altında müdaxiləcəhdlərindən sonra neytral vasitəçi reputasiyasını itirib. ABŞ isəyeni administrasiyanın gəlişindən sonra regiondakı prioritetləriniyenidən nəzərdən keçirərək birbaşa iştirakı dayandırıb və təşəbbüsüregional aktorlara ötürüb. Fransa isə kollektiv mexanizmlərdənkənar, öz siyasi xəttini yürüdür və bu zaman nə regionunreallıqlarını, nə də maraqlar balansını nəzərə alır.

Nəticədə, diplomatik məkan çoxsəviyyəli rəqabət meydanınaçevrilib - təkcə dövlətlər arasında yox, həm də metodologiyalar,vasitələr və təsir alətləri arasında.

Belə mühitdə uzunmüddətli sabitliyə dair qərarların qəbuluçətinləşir. Tərəflər razılaşdırılmış qərarlar axtarmaq əvəzinətaktiki üstünlüklər əldə etməyə çalışır, bu isə davamlı regionalmemarlığın qurulmasına mane olur.

Lakin paradoks ondan ibarətdir ki, məhz bu çoxqatlı sistemdəAzərbaycan özünə çevik, praqmatik və suveren xarici siyasətmanevrləri üçün imkan tapır. Qeyri-şəffaf və zorla qəbuletdirilməyə çalışan formatlardan imtina edən Bakı aydın maraqlar,hüquqi təminatlar və qarşılıqlı məsuliyyətə əsaslanan ikitərəfli vəçoxtərəfli sazişlərə üstünlük verir. Bu isə təkcə kənardan təzyiqformullarından yayınmağa deyil, eyni zamanda təhlükəsizlik,davamlılıq və realizm prinsiplərinə əsaslanan diplomatiktəşəbbüslər formalaşdırmağa şərait yaradır.

Cənubi Qafqaz əvvəlki sabitləşdirici mexanizmlərin təsirindəntamamilə çıxıb. Bir vaxtlar regiondakı münasibətlər Rusiya iləTürkiyə arasında nəzarətli rəqabət və Qərbin qismən iştirakı iləformalaşan struktura əsaslanırdı. Bu model artıq yerini yeni birreallığa - plüralist təzyiqlər sisteminə verib. Burada hər biraktor yalnız öz maraqlarını gerçəkləşdirməyə çalışır, lakinregionda ümumi dayanıqlığın təmin edilməsinə cavabdehlikdaşımır.

İran öz mövqeyini açıq və sərt şəkildə bəyan edir. Tehran qonşudövlətlərin mütləq suverenliyini müdafiə edir və xüsusilə Zəngəzurdəhlizi kontekstində sərhədlərin dəyişdirilməsi ilə bağlı istəniləneyhamı belə qəbuledilməz sayır. Türkiyə isə əksinə, Azərbaycanlaittifaqa söykənən əməkdaşlıq modelini qurur və istənilənirəliləyişi Bakının maraqlarının davamı kimi qiymətləndirir.Nəqliyyat, enerji və təhlükəsizlik sahəsində real dəstək göstərir.Avropa İttifaqı isə son dərəcə ehtiyatlı davranır, "yaşıl enerji"və tranzit sahəsində layihələr təklif edir, lakin maraqlarbalansını poza biləcək siyasi təzyiqlərdən çəkinir.

Eyni zamanda, xüsusilə Ermənistan tərəfindən “həmrəylikritorikası” fenomeni meydana çıxır. 2024-cü ilin sonlarındanetibarən İrəvan “beynəlxalq hüquq” və “qaydalara əsaslanan nizam”anlayışlarına daha çox müraciət edir. Məzkur ritorika əsasoyunçuların - ilk növbədə Azərbaycanın, Türkiyənin və İranın -iştirakı və razılığı olmadan kağız üzərində bəyanatdan uzağagetmir. Brüsselin “yaşıl enerji dəhlizləri” ilə bağlı təklifləri,Ermənistana ayrılmış 270 milyon avro və Rusiyadan enerjiasılılığını azaltmaq üçün nəzərdə tutulan uzunmüddətli əməkdaşlıqcəhdləri, bu təşəbbüslərin siyasi bütövlüyünün olmaması fonundaqeyri-effektiv qalır.

Rusiya regionda heç olmasa minimum nəzarəti saxlamağa çalışır.Gümrüdəki 102-ci baza 2025-ci ildə Vladiqafqazdan əlavəbatalyonların gətirilməsi ilə gücləndirilib. Ermənistanın KTMT-dənçıxması və Moskva-İrəvan münasibətlərinin kəskinləşməsi fonundaRusiya, xüsusilə Zəngəzur dəhlizi və ya Aİ-nin "yaşıl keçid"çərçivəsində planlaşdırdığı kabel kimi layihələr üzərində nəzarətnaminə Cənubi Qafqaza çıxış imkanlarını qorumağa çalışır. Bulayihələrə münasibət Moskvanın strateji mövqeyini saxlamaqimkanından asılı olaraq dəyişə bilər.

Avropa İttifaqı enerji və infrastruktur sahəsində fəallığınıartırır. 2025-ci ildə Qara dəniz vasitəsilə Mərkəzi Asiyanı Avropailə birləşdirən sualtı kabelin inşasına 2,3 milyard avro həcmindəinvestisiya ayrılıb. Aİ eyni zamanda TANAP vasitəsilə Azərbaycanqazının idxalını genişləndirir və Ermənistanı logistik və maliyyəlayihələri üçün tampon zonaya çevirməyə çalışır. Lakin Brüsselsiyasi təsir alətlərinə malik deyil və bu səbəbdən dəhlizlərinstatusu və ya sülh sazişi kimi məsələlərə qarışmır, bunlarıregional oyunçuların öhdəsinə buraxır.

ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi yeniadministrasiya regiona yanaşmasını yenidən nəzərdən keçirir. Yenikomanda uzunmüddətli nəqliyyat dəhlizlərinin davamlılığınafokuslanıb - bu dəhlizlər Çin və Rusiyanın təsirini məhdudlaşdırmaqməqsədi daşıyır. ABŞ-nin Zəngəzur dəhlizinin 32 kilometrlikhissəsinin 100 illik konsessiya əsasında amerikalı özəl şirkətəverilməsi təklifi - Ankaradakı səfir Tomas Bərrakın sözlərinə görə,simvolik addım sayılır. Bu, ABŞ-nin sadəcə sərmayəçi yox, strukturoperatoru rolunu oynamağa hazır olduğunu göstərir. Azərbaycan vəErmənistan nümayəndələrinin Vaşinqtona səfərləri və İrəvanla birgətəlimlər isə daha çox nümayiş xarakteri daşıyır.

Türkiyə isə yeganə xarici aktordur ki, onun siyasəti həmardıcıl, həm də institusional şəkildə oturuşub. ŞuşaBəyannaməsindən irəli gələn razılaşmalar - "Akıncı" dronlarınınyeni partiyaları, Xəzərdə keçirilən təlimlər və enerji layihələri -Azərbaycanla ikitərəfli münasibətləri artıq tamhüquqlu geostratejiittifaq səviyyəsinə yüksəldib. Türkiyə Zəngəzur dəhliziniAnadoludan Fərqanəyə qədər uzanan loqistik ekspansiyanın birelementi kimi görür.

İran isə əksinə, hərbi və diplomatik təzyiqləri artırır. 2025-ciildə Tehranın qərarı ilə İran İnqilab Keşikçiləri Korpusununbölmələrinin sayı şimal-qərb sərhəddində artırılıb və Sünikdəxarici müşahidəçilərin yerləşdirilməsinin yolverilməzliyi barədərəsmi şəkildə İrəvana xəbərdarlıq olunub. İran İsrail-Azərbaycantərəfdaşlığını birbaşa təhlükə kimi qəbul edir, Naxçıvanda təsirimkanlarını itirməkdən və Şimal–Cənub marşrutunun əhəmiyyətininazalmasından ehtiyatlanır.

Hindistan Cənubi Qafqazı geo-iqtisadi nüfuz aləti kimi istifadəedir. Ermənistanın Hindistanla imzaladığı 1,5 milyard dollardan çoxdəyəri olan müqavilələr ("Akash" ZRK-ləri və ATAGS haubitsalarıdaxil olmaqla) 2025-ci ildə səfirlik yanında daimi hərbinümayəndəliyin açılması ilə tamamlanıb. Bu, Hindistanın CənubiQafqazda ilk dəfə olaraq hərbi-diplomatik və sənaye iştirakınıbirləşdirdiyi presedentdir.

Çin ehtiyatla, lakin ardıcıl şəkildə fəaliyyət göstərir. 2025-ciildə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə China Railwaysarasında yeni memorandum imzalanıb, Orta dəhliz və BTQ üzrəprioritet tranzit nəzərdə tutulub. Pekin Gürcüstanda mümkünqeyri-sabitlikdən narahatdır və ABŞ və Rusiya ilə münasibətləringərginləşməsi fonunda Azərbaycanı etibarlı alternativ sayır.

İsrail Azərbaycanla strateji tərəfdaşlıq çərçivəsində havahücumundan müdafiə və kəşfiyyat sistemlərinin tədarükünü davametdirir - buraya modernləşdirilmiş SkyLark və Barak-8 platformalarıda daxildir. Təl-Əviv açıq bəyanatlardan çəkinir və İranlaeskalasiyaya səbəb olmamaq üçün razılaşdırılıb, lakin ictimaiyyətəaçıqlanmayan çərçivədə fəaliyyət göstərir.

Fransa isə əksinə, açıq və fəal ictimai siyasət yürüdür. ParisErmənistana Caesar və Mistral silah sistemlərini tədarük etməkləyanaşı, “erməni-fransız diplomatik oxu” ideyasını təşviq edir.Yelisey Sarayının fikrincə, bu layihə Ankaranın təsirinikompensasiya etməlidir. 2025-ci ildə fransız hərbi təlimatçılarıartıq Ermənistanın hərbi məktəblərində fəaliyyətə başlayıb,Brüsseldə isə Ermənistan enerji sisteminin Aİ layihələrinəinteqrasiyası üzrə yeni təkliflər irəli sürülüb.

Cənubi Qafqazda hazırkı geosiyasi qarşıdurmanın əsaselementlərindən biri kritik infrastruktur uğrunda mübarizədir.Artıq sualtı internet kabelləri, qaz kəmərləri və ya dəmir yollarısadəcə ticarət kanalları deyil - onlar təsir rıçaqlarına və birsıra hallarda potensial hədəflərə çevrilir. Bu kontekstdə Zəngəzurdəhlizi ətrafında gedən gərginlik aydın nümunədir: bu məsələ çoxdanErmənistan–Azərbaycan formatının hüdudlarını aşıb. Bu prosesəFransa, İran, Rusiya, eləcə də 2025-ci ildə Türkiyə və Azərbaycanıniştirakı olmadan alternativ logistika planı təklif edən ABŞ da cəlbolunub. Lakin Ermənistan həmin təklifləri rədd edib.

Azərbaycan infrastrukturun əhəmiyyətini anlayaraq, enerji,rəqəmsal və logistik müstəqilliyini ardıcıl şəkildə gücləndirir.Türkmənistanla yeni dəmir yolu xətlərinin istifadəyə verilməsi,Xəzər dənizi üzərindən fiber-optik kabellərin çəkilməsi, Bakıdayeni liman güclərinin yaradılması ölkənin yalnız tranzit mərkəzinədeyil, həm də Avrasiya texnoloji qovşağına çevrilməsistrategiyasının tərkib hissəsidir.

Konfliktin informasiya ölçüsü getdikcə daha mühüm rol oynayır.Əgər “Qərb”in bir hissəsi Azərbaycanın informasiya fəallığını bəzənTürkiyə və ya Rusiya xəttinin davamı kimi şərh edirsə, bu,maraqların birliyi deyil, taktik məqsədlərin üst-üstə düşməsi iləizah olunur. Söhbət, məsələn, Fransanın bölgədən sıxışdırılması,islamofob ritorikanın ifşası və nəqliyyat dəhlizlərininqorunmasından gedir.

Azərbaycan informasiya sahəsində öz müstəqil siyasətini yürüdür:beynəlxalq platformalarda mədəni və dini dözümlülük modelini təşviqedir, Avropa hüquq-müdafiə qurumları və QHT-lərinin ikilistandartlarını ifşa edir, Qlobal Cənub ölkələri - ilk növbədəAfrika və Latın Amerikası ilə birbaşa humanitar və iqtisadiəlaqələr qurur.

Yaxın illərdə tam və davamlı nizamlanma ssenarisi real görünmür.Səbəb təkcə Ermənistanın sülhə hazır olduğu barədə bəyanatlarverərək, lakin real müqaviləni imzalamağı gecikdirməsində deyil.Məsələ həm də regional təhlükəsizlik arxitekturasının dərintransformasiyası ilə bağlıdır. Avropa İttifaqı artıq neytralvasitəçi kimi qəbul olunmur, ABŞ diqqətini Çinlə qarşıdurmayayönəldib, Rusiya isə öz təsir zonalarında itkiləri minimumaendirməyə çalışır.

Bu mənzərədə Azərbaycanın unikal fürsəti yaranır: münaqişənintərəfi kimi yox, regional sabitləşdirici aktor kimi çıxış etmək.Lakin belə rol yalnız sərt güc (hərbi və iqtisadi potensial) iləçevik diplomatiyanın düzgün balansı ilə mümkündür. Bir tərəfdən -Türkiyə ilə ittifaqın möhkəmləndirilməsi, hərbi modernləşmə,revanşizmin qarşısının alınması. Digər tərəfdən - sülh müqaviləsinəaçıq yanaşma, kommunikasiya xətlərinin açılması ilə bağlı realtəkliflər, humanitar diplomatiya.

Cənubi Qafqaz yeni mərhələnin astanasındadır. Bu, nə“müharibədən sonrakı sülh”, nə də “kövrək atəşkəs” mərhələsidir.Bu, yeni konfiqurasiya uğrunda mübarizədir. Atılan hər addımonilliklər üçün mövqe seçimidir. Azərbaycan isə sistemli və ardıcılşəkildə təkcə çağırışlara reaksiya vermir - özü də gündəmformalaşdırır: enerjidən tutmuş beynəlxalq həmrəyliyə qədər.

Və məhz bu amil regionun gələcəyini - ya sabitliyə, ya da davamedən qeyri-sabitliyə doğru yönəldəcək əsas meyar olacaq.

Seçilən
6
4
az.trend.az

5Mənbələr