AZ

Kanada iki dövlətli həllin vacibliyini vurğuladı

Kanadanın xarici işlər naziri Anita Anand Yaxın Şərqdə davamlı sülh və sabitliyin təmin olunması üçün İsrail-Fələstin münaqişəsində iki dövlətli həllin vacibliyini bir daha gündəmə gətirib.

News365.az bu barədə xarici mətbuata istinadla xəbər verir.

Nazir bildirib ki, Kanada İsrail və Fələstinin sülh və təhlükəsizlik şəraitində yan-yana yaşaya biləcəyi bir gələcəyi dəstəkləyir.

Onun sözlərinə görə, bu yanaşma regionda uzunmüddətli sabitliyin təmin olunması baxımından həyati əhəmiyyət daşıyır.

Kanada rəsmisi tərəfləri zorakılığa son qoymağa və beynəlxalq hüquqa əsaslanan dialoqa qayıtmağa çağırıb.

Seçilən
0
1
news365.az

2Mənbələr