AZ

Azərbaycana qarşı ərazi iddiaları davam edən Ermənistan sülh müqaviləsi imzalamağa hazır deyil

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

“Əslində bu gün Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanması mümkündür. Ancaq sülh sazişi hələ də imzalanmağa hazır deyil. Çünki sülh sazişinin daha dayanıqlı olması üçün Ermənistan bir sıra şərtləri yerinə yetirməli, öhdəlik götürməlidir. Ermənistan öz Konstitusiyasında və digər normativ hüquqi aktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair qalan iddiaları aradan qaldırmalıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov danışıb. Deputat qeyd edib ki, Ermənistan tərəfi sənədin imzalanma tarixi və məkanının müzakirəsinə hazır olduqlarını bildirib: “Əslində bu açıqlama ilə İrəvan Bakını fakt qarşısında qoymağa cəhd edir və beynəlxalq ictimai rəyi yönləndirməyə çalışır. Lakin Ermənistanın bu cəhdlərlə sülh sazişinin imzalanması üçün lazım olan şərtləri yerinə yetirməkdən imtina edir. Sülh sazişinin imzalanması üçün rəsmi Azərbaycanın şərtləri aydındır”.

Müşfiq Cəfərov

“Azərbaycanın əsas tələbi Ermənistan Konstitusiyasında dəyişiklik edilməsidir. Ermənistanın hazırkı Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə təhdid yaradan iddiaları özündə ehtiva edən müddəalar mövcuddur. Xüsusilə, Konstitusiyanın preambulasında "Artsaxın (Qarabağın) erməni xalqının ayrılmaz hissəsi" kimi ifadələr yer alır, bu da Azərbaycanın suverenliyinə qarşı təhdid təşkil edir. Həmçinin, digər qanunvericilik aktlarında da oxşar müddəlar vardır. Ermənistan hökuməti bu cür müddəaları qanunvericiliyindən çıxarmalıdır. Hətta beynəlxalq hüquq çərçivəsində dövlətlərin bir-birinin ərazi bütövlüyünə hörmət etməsi fundamental prinsip hesab olunur”-deyən deputat vurğulayıb ki, Azərbaycanın irəli sürdüyü şərt mümkünsüz bir şey deyil və bu təcrübə daha əvvəl Almaniya İkinci Dünya Müharibəsindən sonra qonşu ölkələrlə barışıq əldə etmək üçün öz Konstitusiyasında müvafiq dəyişikliklər etməsi prosesində yaşanıb.

Müşfiq Cəfərov hesab edir ki, Ermənistan hakimiyyəti də bu şərtin vacibliyini anlayır və yaranan reallıqlar qarşısında ən doğru yolun bu olduğunu bilir.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
icma.az

1Mənbələr