ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
“ABŞ-da hakimiyyətə qayıtdıqdan sonra Donald Tramp faktiki olaraq Putinə Ukraynanın beş regionunu, o cümlədən Krımı müharibəni bitirmək naminə “hədiyyə” etdi. Habelə Ukraynanın NATO-ya üzvlüyünə qadağa qoydu. Putin bu ehtimalı rədd etdi”. Bu barədə Avstriyanın xarici işlər naziri Beate Maynl-Raysinger Almaniyanın “Welt” nəşrinə müsahibəsində danışıb. “Ukraynada atəşkəs razılaşmasının əldə oluna biləcəyini nə vaxt düşünürsünüz” sualına o, Putinin müharibəni bitirmək istəmədiyinə inandığını, əks halda bununla bağlı real danışıqların artıq başlanacağını bildirib. "ABŞ prezidenti Tramp Krımı və bir neçə şərq bölgəsini, belə desək, gümüş nimçədə Putinə verdi, eyni zamanda Ukraynanın NATO-ya üzvlüyünü də istisna etdi. Bəs Putin nə edir? O, ölkəyə qarşı məhvetmə müharibəsini davam etdirir", - Meinl-Rayzer bildirib. Meinl-Rayzer qeyd edib ki, Rusiya böyük itkilər verir. “Nə vaxtsa Rusiyada tabutlar çatışmayacaq. Buna fəlakətli iqtisadi vəziyyəti də əlavə edin. Kreml üçün bu müharibəni davam etdirmək getdikcə çətinləşir. Putin bilir ki, vaxt daralır, ona görə də müharibəni belə amansız intensivliklə aparır", - Avstriya Xarici İşlər Nazirliyinin rəhbəri bildirib.
Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Donald Tramp hakimiyyətə gəldikdən sonra Vladimir Putinə Krımın Rusiya ərazisi kimi tanınması və dörd bölgənin Rusiyaya güzəştə gedilməsi ilə atəşkəs, həmçinin sülhə nail olunması kimi və s. təkliflər verdi, amma Rusiya tərəfi buna razı olmadı: "Rusiya bu təklifləri qəbul etsəydi sadəcə Ukraynanın bir hissəsini işğal etmiş olacaqdı, amma öz strateji məqsədlərinə çatmış olmayacaqdı. Rusiyanın strateji məqsədləri də Ukraynanı tamamilə öz nəzarətinə almaq və geopolitik qarşıdurmada fövqəldövlət statusu əldə etməkdir. Bu səbəbdən də Rusiya tərəfi Donald Trampın bu planından imtina etdi. Rusiyanın əsas məqsədi faktiki olaraq tamamilə Ukraynanı işğal etməklə, Şərqi Avropanı və postsovet məkanını ələ keçirmək idi".
Məhəmməd Əsədullazadə
Politoloqun fikrincə, Rusiya Ukraynanı tamamilə işğal edə biməyəcək, çünki artıq Ukrayna öz silahlarını istehsal edir və ABŞ, eləcə də Qərb ciddi şəkildə Ukraynanı silahlandırır. Məhəmməd Əsədullzadə qeyd edib ki, bu səbəbdən də Rusiyanın da öz məqsədlərinə çatması da mümkün görünmür.
İradə Cəlil, Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.