AZ

Qazaxıstan kömürü Avropaya Rusiya limanları vasitəsilə göndəriləcək

 Qazaxıstan Avropa İttifaqına kömür ixracını Rusiya limanları vasitəsilə həyata keçirmək barədə razılıq əldə edib. Bu barədə Qazaxıstanın Ticarət və İnteqrasiya Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, Avropa tərəfi ilə aparılan danışıqlardan sonra Rusiya limanlarından istifadə ilə bağlı sanksiyalardan istisna əldə olunub.

İstisna yalnız aşağıdakı şərtlər daxilində tətbiq olunacaq: kömür yalnız Qazaxıstan mənşəli olmalıdır; yüklərin sahibi sanksiyaya məruz qalan ölkələrin rezidenti olmamalıdır; Rusiya limanları yalnız tranzit, yükləmə və göndərmə məqsədilə istifadə edilə bilər — satış və istehsal üçün deyil.

2024-cü ildə Qazaxıstanın Aİ-yə kömür ixracı 6,1 milyon tondan 5,2 milyon tona düşüb. 2025-ci ilin yanvar–may aylarında isə ixrac 1,6 milyon ton təşkil edib.

"Əldə edilən razılaşma kömür tədarükünün bərpasına və logistika marşrutlarının davamlılığının gücləndirilməsinə imkan verəcək", —  nazirlik qeyd edib.

N.Təbrizli

Seçilən
1
1
anews.az

2Mənbələr