AZ

İsti havada bu meyvə zəhərləyir – Mütəxəssis xəbərdarlıq etdi

Yay aylarında tez-tez istehlak edilən qarpız və yemişlə bağlı qorxulu xəbərdarlıq gəlib.

Yenisabah.az xəbər verir ki, qida mühəndisi Ece Dede bu meyvələrin düzgün saxlanılmadıqda zəhərlənmə riski yaratdığını bildirib. Onun sözlərinə görə, isti hava və rütubət səbəbilə qarpız və yemişin içində mikroorqanizmlər sürətlə artır:

“Bu meyvələr soyuducuda saxlanmalı və kəsildikdən sonra 2 gün ərzində istehlak edilməlidir. Əks halda ishal, ürəkbulanma, qusma kimi zəhərlənmə halları yaşana bilər”. Pepperoni pizza

Mütəxəssis həmçinin bu meyvələrin qabığının çirkli ola biləcəyini, buna görə də kəsilməzdən əvvəl mütləq yuyulmalı olduğunu bildirib:

“Qabıqda olan bakteriyalar bıçaq vasitəsilə içərisinə keçə və orqanizm üçün təhlükə yarada bilər”, – deyə o xəbərdarlıq edib.

Rəvan Rzazadə

 

 


Telegram kanalımız
Seçilən
0
1
yenisabah.az

2Mənbələr