AZ

KL: İkinci mərhələnincavab görüşləri start götürür

Bu gün UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində cavab görüşləri start götürəcək.

Fanat.Az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutacaq.

Əvvəlcə Gürcüstanın "İberiya" komandası Estoniyada uduzduğu "Levadiya"dan revanş almağa çalışacaq. Bundan başqa, Lüksemburq "Differdanj"ı səfərdə üstələdiyi TNS (Uels) ilə, "İnter Eskaldes" (Andorra) isə ötən həftə uduzduğu "Olimpiya" (Sloveniya) ilə qarşılaşacaq

Qeyd edək ki, UEFA Konfrans Liqasında mübarizə aparan təmsilçilərimizdən "Sabah" iyulun 31-də doğma meydanda, "Araz-Naxçıvan" və "Zirə" isə səfərdə meydana çıxacaqlar.
 
UEFA Konfrans Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunları
29 iyul

20.00. İberiya (Gürcüstan) - Levadiya (Estoniya) 
İlk oyun – 0:1.

22.00. Differdanj (Lüksemburq) – TNS (Uels) 
İlk oyun - 1:0.

22.30. İnter Eskaldes (Andorra) - Olimpiya (Lyublyana, Sloveniya) 
İlk oyun – 2:4.

Seçilən
1
2
fanat.az

6Mənbələr