İbrahim Tatlısəsin qızı Dilan Çıtak Bodrumda "dayan" əmrini pozaraq avtomobilini polisin üzərinə sürüb. Hadisə zamanı polis havaya xəbərdarlıq atəşi açıb, Çıtak isə maşını yolun ortasında saxlayıb.
Milli.Az xəbər verir ki, polisə müqavimət göstərməkdə ittiham olunan Dilan Çıtak saxlanılıb, ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Daha sonra İbrahim Tatlıses qızının bu hərəkətinə münasibət bildirib: "Məni qəbul etmirdi, indi nə oldu? Çox söz var, amma demirəm," - deyə açıqlama verib.
İsmayıl
Milli.Az