AZ

Azərbaycan 5 ayda 316 milyon dollarlıq neft alıb

Bakı, TurkicWorld

Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 316,5 milyon ABŞ dolları dəyərində 644,8 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları idxal edilib.

Bu barədə TurkicWorld Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə sözügedən məhsulların Azərbaycana idxalında dəyər ifadəsində 99,2 milyon ABŞ dolları və ya 1,3 dəfə, həcm baxımından isə 97,5 min ton və ya 1,1 dəfə azalıb.

Dövr ərzində Azərbaycana xam neft məhsulları Qazaxıstandan və Rusiyadan idxal edilib. Belə ki, cari ilin ilk 5 ayında Qazaxıstandan 22,6 milyon ABŞ dolları dəyərində 41,8 min ton, Rusiyadan isə 293,8 milyon ABŞ dolları dəyərində 602,9 min ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları alınıb.

Hesabat dövründə Azərbaycandan əks istiqamətlərə isə sözügedən neft məhsullarının ixracı qeydə alınmayıb.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandan 18 ölkəyə 6,4 milyard ABŞ dolları dəyərində 12 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 602,8 milyon ABŞ dolları və ya 8,6% az, həcm ifadəsində isə 947,5 min ton və ya 8,5% çoxdur.

Seçilən
3
2
turkic.world

5Mənbələr