İlkin məlumata görə, ABŞ-ın Nyu-York şəhərində baş verən atışma nəticəsində biri polis olmaqla 4 nəfər ölüb, 1 nəfər yaralanıb.
Turkustan.az xəbər verir ki, səlahiyyətlilər Nyu-Yorkun Manhettendə atışma baş verdiyini və bir nəfərin atəş açdığını bildirib.
Mənbələrdən əldə edilən məlumata görə, hücumda biri polis olmaqla 5 nəfər güllələnib.
Nyu York meri Erik Adams sakinlərə ərazidən uzaq durmaq barədə xəbərdarlıq edib.
Adams hücumda 36 yaşlı polis məmuru Didarul İslam da daxil olmaqla 4 nəfərin öldüyünü, bir nəfərin isə ağır yaralarla xəstəxanaya aparıldığını açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az