AZ

Omega-3 yağ turşuları aqressiyanı azalda bilər

Yeni araşdırma göstərib ki, omega-3 yağ turşuları insanlarda qəzəb partlayışlarını və stressə kəskin reaksiyanı azalda bilir.

"Unikal" xəbər verir ki, tədqiqatın nəticələri "Aggression and Violent Behavior" jurnalında dərc olunub.

Omega-3 (xüsusilə EPA və DHA) orqanizm üçün vacib olan çox doymamış yağ turşularıdır. Bu maddələr əsasən qoz, zeytun yağı və somon, skumbriya, siyənək kimi yağlı balıqlarda olur. Bu turşular uzun müddətdir ki, ürək, beyin və immun sisteminə olan faydaları ilə tanınır. Yeni elmi sübutlar göstərir ki, onların təsiri davranışlara da sirayət edir.

Tədqiqatçılar daha əvvəl aparılmış 29 elmi işin məlumatlarını təhlil ediblər. Ümumilikdə bu araşdırmalara 4 minə yaxın insan – məktəblilərdən tutmuş klinik və penitensiar müəssisələrdə olan böyüklərə qədər – cəlb olunub. Analiz nəticəsində məlum olub ki, omega-3 maddələri aqressiv davranışı yaşdan, cinsdən, diaqnozdan, qəbul olunan dozadan və müalicə müddətindən asılı olmayaraq azalda bilər.

Mütəxəssislər bildirirlər ki, omega-3 həm reaktiv (emosional), həm də proaktiv (qəsdən planlaşdırılmış) aqressiyanı azaltmaqda təsirlidir. EPA və DHA bu səbəbdən əsəbilik, qəzəbə meyillilik və ya zorakılıq göstərən insanlarla işdə potensial faydalı vasitə hesab olunur.

Alimlər xüsusilə məktəblər, klinikalar və cəzaçəkmə müəssisələrində aqressiv davranış probleminin aktual olduğunu vurğulayırlar. Onların fikrincə, xroniki stress yaşayan və ya emosiyalarını idarə etməkdə çətinlik çəkən şəxslərə qida ilə və ya əlavələr şəklində omega-3 qəbul etmələri tövsiyə oluna bilər.

Seçilən
6
1
unikal.az

2Mənbələr