Baku.ws saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İsmayıllı rayonunun Qaranohur gölünün ətrafında ekoloji vandalizm halları müşahidə olunub.
BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə bəzi şəxslərin gölün ətrafındakı 50-100 illik ağacların qabığını bıçaqla kəsərək üzərinə maşın nömrələri və adlar yazdıqları əks olunub.
Bundan əlavə, bölgəyə gələnlərin bir qismi məlumat lövhələrini sıradan çıxarıb, ətraf mühiti zibilləyiblər.
Belə halların təkrar yaşanmaması üçün əraziyə nəzarətin gücləndirilməsi vacibdir.
View this post on Instagram
A post shared by Garib Taghizade (@garib_taghizade)
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.