Azərbaycanda Halal Biznesi Forumu (AZHAB) ikinci dəfə təşkil olunacaq.
Operativ Media-nın məlumatına görə, Forum 7-8 oktyabr 2025-ci il tarixlərində Bakıda baş tutacaq. AZHAB Forum 2025 “Sürətlə dəyişən dünyada dayanıqlılıq mənbəyi kimi Halal Sənaye” mövzusunda təşkil olunacaq.
Forum daha geniş region üzrə ticarət və investisiyalar sahəsində dialoqu, innovasiyanı və əməkdaşlığı təşviq edən beynəlxalq platformadır. Tədbir konfrans və sərgidən ibarət olacaq.