AZ

Zelenski sərt tənqid olundu

Ajans.az xəbər verir ki,  Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri şəxsi söhbətlərdə Ukrayna Prezidenti Vladimir Zelenskini Ukraynanın Milli Anti-Korrupsiya Bürosu (NABU) və ixtisaslaşmış Anti-Korrupsiya Prokurorluğu (SAP) səlahiyyətlərini məhdudlaşdıran qanunu imzaladığı üçün sərt şəkildə tənqid ediblər. Bu barədə Ali Radanın deputatı İvanna Klimpuş-Tsintsadze Politico nəşrinə danışıb. “Avropa liderləri Zelenski ilə telefon danışıqları və şəxsi mesajlarda sərt ifadələrdən çəkinməyiblər. Onlardan biri də Ukrayna liderinə qanunun ölkənin Avropa İttifaqına üzvlük prosesinə mənfi təsir göstərəcəyi barədə xəbərdarlıq olub,” – məqalədə qeyd edilir. Nəşr vurğulayır ki, Avropa rəsmilərinin NABU-ya qarşı qanunla bağlı ictimai və şəxsi mövqeləri üst-üstə düşməyib, çünki rəsmi Brüssel qanunu açıq şəkildə tənqid etməkdən yayınıb.

22 iyulda Ali Rada ölkənin anti-korrupsiya orqanlarının səlahiyyətlərinin azaldılması barədə qanunu təsdiqləyib. Eyni gün Zelenski həmin qanunu imzalayıb. Bundan sonra ölkədə etirazlar başlayıb, Brüsseldə isə hakimiyyətin bu qərarına narahatlıq ifadə olunub.

Seçilən
16
Ajans.az

1Mənbələr