AZ

Həmkarlar İttifaqının “onlayn fırıldağı": Görün insanları necə aldadırlar - Foto

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uzun illərdir ki, müəllimlərin, həkimlərin və digər peşə sahiblərinin əməkhaqqından müəyyən məbləğdə vəsait tutur...

Qurum bu vəsaitlərin əvəzində tətil, sanatoriya və digər sosial xərclərin qarşılanacağını vəd edir. Lakin son dövrlər bu istiqamətdə ciddi narazılıqlar müşahidə olunur.

Sosial şəbəkələrdə müəllimlər üçün yaradılmış “Təhsil forumu” qrupunda yüzlərlə müəllim İttifaqdan narazılığını ifadə edərək bildirir ki, onlara nəzərdə tutulan heç bir xidmət göstərilmir. Şikayətçilər uzun illər əməkhaqqılarından tutulmalara baxmayaraq, sanatoriya və digər istirahət mərkəzinə göndəriş ala bilmədiklərini vurğulayırlar.

Qeyd edək ki, ötən ilə qədər bu xidmətlərdən yalnız az sayda müəllim yararlana bilib. Çoxsaylı şikayətlərdən sonra guya şəffaflığın təmin olunması məqsədilə onlayn müraciət sistemi istifadəyə verilib. Müəllimlər bu portal üzərindən qeydiyyatdan keçərək tətil üçün "putyovka" almağa çalışsalar da, müraciət edənlərin böyük əksəriyyəti əsassız şəkildə rədd cavabı aldıqlarını bildirir. Hətta bəzi müəllimlər bu səbəbdən quruma üzvlükdən imtina etmək üçün ərizə ilə müraciət edəcəklərini də qeyd edirlər. Müəllimlərə təzyiq olunacağı ehtimalını nəzərə alaraq, onların adlarını gizlətmək məcburiyyətində qaldıq.

Poliqon.info

Seçilən
6
7
poliqon.info

8Mənbələr