AZ

Ermənistan ABŞ-a yeni səfir təyin edib

 Ermənistanın əmək və sosial məsələlər naziri Narek Mkrtçyan ölkənin ABŞ-dakı yeni səfiri təyin olunub. O, bu postda Lilit Makuntsu əvəz edəcək. Bu barədə  erməni mediası məlumat verib.

Məlumata görə, Mkrtçyanın namizədliyi üçün Vaşinqtondan artıq razılıq alınıb. Qeyd olunur ki, onun qardaşı daimi olaraq ABŞ-da yaşayır.

Mkrtçyanın yerinə əmək naziri vəzifəsinə Gümrü şəhər Şurasında hakim "Vətəndaş müqaviləsi" partiyasının fraksiya rəhbəri Sarik Minasyan təyin olunacaq.

O, martda Gümrü meri postuna namizəd olsa da, seçkilərdə Vardan Qukasyana uduzub.

Minasyan bundan əvvəl Gümrüdə Vahid Sosial Xidmətin yerli mərkəzinə rəhbərlik edib.

N.Təbrizli

Seçilən
0
1
anews.az

2Mənbələr