AZ

Cəlal Hüseynov: Azərbaycandan təkliflərim var idi, bir neçə klubla danışıq aparmışdıq

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Müqaviləm olduğu üçün "Arda"ya qayıtmalı idim". Bu sözləri Sport24.az-a açıqlamasında Bolqarıstanın təmsilçisinin formasını geyinən Cəlal Hüseynov bildirib.Müdafiəçi Azərbaycan klublarından təklif almasına baxmayaraq, hələlik "Arda" ilə yoluna davam etdiyini söyləyib:"Azərbaycandan təkliflərim var idi, bir neçə klubla danışıq aparmışdıq. Hazırda "Arda" ilə müqaviləm var və bütün fikrimi ora yönəltmişəm. Müqaviləmin sonuna qədər burada qalmaq istəyirəm. Konfrans Liqasında çıxış edirik. Əsas heyətdə oynayıram, işlərim qaydasındadır. Futboldur, hər an nəsə ola bilər. Konfrans Liqasının matçında HİK-lə qarşılaşdıq. Oyun bizim üstünlüyümüz şəraitində keçdi. Rəqibin qapıya bir dəqiq zərbəsi yox idi. Biz isə 2-3 real qol epizodundan istifadə edə bilmədik. HİK keçiləsi rəqibdir. Konfrans Liqasında hədəfimiz bacardığımız qədər irəli getməkdir".Qeyd edək ki, 2 turdan sonra aktivində 1 xal olan "Arda" turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
1
sport24.az

2Mənbələr