Bakı. Trend:
Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 316,5 milyon ABŞdolları dəyərində 644,8 min ton bitumlu süxurlardan alınmış xamneft və xam neft məhsulları idxal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə sözügedənməhsulların Azərbaycana idxalında dəyər ifadəsində 99,2 milyon ABŞdolları və ya 1,3 dəfə, həcm baxımından isə 97,5 min ton və ya 1,1dəfə azalıb.
Dövr ərzində Azərbaycana xam neft məhsulları Qazaxıstandan vəRusiyadan idxal edilib. Belə ki, cari ilin ilk 5 ayındaQazaxıstandan 22,6 milyon ABŞ dolları dəyərində 41,8 min ton,Rusiyadan isə 293,8 milyon ABŞ dolları dəyərində 602,9 min tonbitumlu süxurlardan alınmış xam neft və xam neft məhsullarıalınıb.
Hesabat dövründə Azərbaycandan əks istiqamətlərə isə sözügedənneft məhsullarının ixracı qeydə alınmayıb.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandan 18ölkəyə 6,4 milyard ABŞ dolları dəyərində 12 milyon ton bitumlusüxurlardan alınmış xam neft və xam neft məhsulları ixracedilib.
Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyərifadəsində 602,8 milyon ABŞ dolları və ya 8,6% az, həcm ifadəsindəisə 947,5 min ton və ya 8,5% çoxdur.