AZ

ABŞ-də baş verən atışmada altı nəfər öldürülüb - YENİLƏNİB

Bazar ertəsi axşam ABŞ-nin Manhetten şəhərinin mərkəzində ofis binasında baş verən atışmada biri polis də daxil olmaqla 6 nəfər həlak olub.

Bu barədə Nyu-York polisinin nümayəndəsinə istinadən "NBC News” məlumat yayıb.

Ölənlər arasında Nyu-Yorkun polis zabiti də var. Hüquq-mühafizə orqanlarındakı mənbələr atəş açan şəxsin intihar etdiyini bildirib.

Cinayətin konkret motivi məlum deyil. İstintaq hücumçunun şəxsiyyəti əsasında müxtəlif versiyaları araşdırır.

05:51
Manhettenin mərkəzində atəş açan və biri polis də daxil olmaqla azı iki nəfəri yaralayan şəxs zərərsizləşdirilib.

Bu barədə Nyu-York polisi "X”dəki hesabında xəbər verib.

Vəziyyətin nəzarət altında olduğu, təkbaşına hərəkət edən hücumçunun öldüyü vurğulanır.

"Associated Press”in məlumatına görə, insident bazar ertəsi axşam yerli vaxtla saat 18:30-da (Bakı vaxtı ilə saat 02:30 saat) iri maliyyə şirkətlərinin, Milli Futbol Liqasının qərargahının və İrlandiyanın Baş Konsulluğunun yerləşdiyi Park prospektindəki ofis binasında baş verib. Televiziya görüntülərində insanların əllərini yuxarı qaldıraraq binanı tərk etdikləri görünür.

05:17
Bazar ertəsi ABŞ-nin Nyu-York ştatının Manhetten şəhərinin mərkəzində biri polis olmaqla iki nəfər güllələnib.

Bu barədə polisdəki mənbələrə istinadən "ABC News” məlumat yayıb.

Atəş açan şübhəli şəxs bağlı olan ofis binasına qaçıb. Yaralıların vəziyyəti hələlik məlum deyil.

Cinayətkar olduğu iddia edilən şəxsin tüfənglə şəhəri gəzərkən fotoları sosial şəbəkələrdə yayılır.
 
 

Seçilən
0
2
7news.az

3Mənbələr