AZ

Kanada ABŞ ilə ticarət müqaviləsi bağlamağı planlaşdırır - Bu tarixdə

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin iyun ayında Qazaxıstana kimyəvi maddə ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz azalaraq, 19 milyon 397 min 98 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – iyun aylarında Türkiyədən Qazaxıstana kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz azalaraq, 115 milyon 564 min 81 dollara bərabər olub.

Qeyd edək ki,2025-ci ilin yanvar-iyun aylarında Türkiyənin kimyəvi maddə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 faiz azalaraq, 15 milyard 763 milyon 886 min dollara bərabər olub.

“Bu ilin iyun ayında Türkiyə 2 milyard 615 milyon 754 min dollar məbləğində kimyəvi maddə ixrac edib ki, bu da keçən ilin iyun ayı ilə müqayisədə 18 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (iyun 2024-iyun 2025) Türkiyə 30 milyard 711 min 572 dollar məbləğində kimyəvi maddə ixrac edib.

Seçilən
0
turkic.world

1Mənbələr