Məşhur italyan mütəxəssis Arriqo Sakki müasir futbol gerçəyində İtaliya klublarının səviyyəsi haqda söhbət açıb.
Arena.az “Football Italia” dərgisinə istinadən məlumat verir ki, 79 yaşlı mütəxəssis italyan futbolunun aparıcı klublarından olan “İnter” və “Napoli”yə Çempionlar Liqasında çıxışlarından daha çox İtaliya A Seriyasında çıxışlarına köklənmələrini tövsiyə etməsi ilə diqqət çəkib:
“İtaliyadakı vəziyyətə nəzər salaraq, mən hiss edirəm ki, bir neçə cəbhədə mübarizə aparmaq iqtidarında daha çox olan iki kluba – “İnter” və “Napoli”yə ilk növbədə İtaliya A Seriyasına diqqət cəmləməyi məsləhət görə bilərəm. Mənim fikrimcə, hələ onlar Avropanın aparıcı komandaları ilə bərabər mübarizə aparmaq iqtidarında deyillər, bunu etmək isə onların A Seriyasındakı yürüşünü təhlükə altına qoya bilər.
Beynəlxalq görüşlər oyunçuların əzələlərini haldan saldığı kimi, onların əqli qabiliyyətlərini də tükədir ki, bu da zədələr silsiləsinə yol açır və onların qaçılmaz surətdə formadan düşmələrinə gətirib çıxarır. Həftədə üç dəfə yüksək səviyyədə oynamaq üçün eyni texniki və fiziki səviyyədə oyunçulara malik olmaq şərti ilə çox böyük heyət, həmçinin bu ehtiyatlarla davranış təcrübəsinə və bacarığına sahib olmaq gərəkdir. Düzünü desəm, mən düşünürəm ki, bunlar “Napoli” və “İnter”də hələ yoxdurlar.
Etiraz etmək olar: “Axı “İnter” ötən mövsüm finala yüksəlmişdi və əgər onlar PSJ-dən olan divlərlə qarşılaşmasaydılar, ola bilsin ki, indi biz digər xüsusda söhbət aparırdıq”. Ədalətli iraddır, ancaq gerçəklik budur ki, italyan komandaları, hamısı istisnasız, özlərinin əcnəbi rəqiblərinin səviyyəsinə çatmırlar. Siz özünüzə, insanların təsəvvürlərini riqqətə gətirəcək superulduzları rəva görə bilmədikdə, yeganə çıxış yolunuz – oyunun özünə güvənməkdir. Vaxt ötdükcə, məhz elə, bu, əhəmiyyət kəsb edir”, deyə Arriqo Sakki vurğulayıb.
Əlavə edək, Arriqo Sakkinin sözlərində həqiqət var. Belə ki, məsələn, “İnter” 2024/2025-ci illər mövsümün Çempionlar Liqasının finalına qədər yolu əzmlə keçsə də, fianlda “barıtının” tükənməsi ilə PSJ tərəfindən “partladılmışdı” – 5:0.