Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İran Prezidenti Məsud Pezeşkian ölkəsinin qonşu və region ölkələri ilə münasibətlərinə dair çıxışında Zəngəzur dəhlizi ilə bağlı danışıb və sərhəd keçidlərinin narahatlıq doğurmasına ehtiyac olmadığını bildirib.
İran Prezident Administrasiyasının rəsmi internet saytında yayımlanan məlumata görə, Pezeşkian bu fikirləri Xarici İşlər Nazirliyinin nümayəndələri ilə keçirdiyi görüşdə səsləndirib.
Prezident bildirib ki, İran qonşuları ilə münasibətləri geniş perspektivdə nəzərdən keçirir.
"Qonşularımız və region ölkələri ilə əlaqələrə geniş prizmadan yanaşdıqda, ölkənin şimal-qərbindəki sərhəd keçidləri kimi detallı məsələlərə görə narahat olmağa ehtiyac yoxdur", - deyə o qeyd edib.
Pezeşkian əlavə edib ki, ölkələr arasında iqtisadi əlaqələrin gücləndirilməsi və sərhəd maneələrinin aradan qaldırılması əsas hədəf olmalıdır:"Biz qonşularla münasibətlərimizi iqtisadi inteqrasiyanı və sərhədsiz əməkdaşlığı əsas tutaraq inkişaf etdirməliyik. Həssaslıqları azaltmalı, konstruktiv qarşılıqlı əlaqələri genişləndirməliyik".
"AzPolitika.info"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.