AZ

Netanyahu: Smotriç getsə, Qəzzanın bir hissəsi ilhaq ediləcək

İsrailin baş naziri Benyamin Netanyahunun istefa verməklə hədələyən ifrat sağçı maliyyə naziri Bezalel Smotrişi hökumətdə saxlamaq üçün Qəzzanın bəzi hissələrini ilhaq etmək planını təhlükəsizlik kabinetinə təqdim etdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, Smotriçi hökumətdə saxlamaq cəhdi ilə Netanyahu təhlükəsizlik kabinetinə ABŞ administrasiyası da təsdiqlədiyi plan təqdim etdi.

Qəzzada atəşkəsi qəbul etmək üçün HƏMAS-a bir neçə gün vaxt veriləcəyi və bunun baş vermədiyi təqdirdə Qəzzanın bir hissəsinin mərhələli şəkildə ilhaq edilməsi planının həyata keçiriləcəyi qeyd edilib.

Smotriç Qəzzaya humanitar yardımın buraxılacağı təqdirdə hökumətdən çəkiləcəyinə işarə etmişdi.

İsrailin baş nazirlik ofisi bundan əvvəlki bəyanatında Qəzzaya humanitar yardımın çatdırılması üçün beynəlxalq təşkilatlar, ABŞ və Avropa ölkələri ilə əməkdaşlıq etdiyini iddia etmişdi.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
7
1
turkustan.az

2Mənbələr