AZ

“Mançester Yunayted”in hədəfindəki hücumçu

Almaniyanın “Leypsiq” klubunun hücumçusu Benjamin Şeşko karyerasını İngiltərədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Mançester Yunayted” sloveniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə “Sky De” nəşri məlumat yayıb.

“Leypsiq” Şeşko üçün 80 milyon avro tələb edir. “Qırmızı şeytanlar” məbləği aşağı salmaq niyyətindədir. Tərəflər arasında danışıqlar davam edir.

Daha əvvəl “Nyukasl”ın hücumçu ilə maraqlandığı bildirilirdi.

Şeşko ötən mövsümdə Bundesliqada 33 oyunda 13 qol vurub, 5 məhsuldar ötürmə edib.

Seçilən
2
futbolpress.az

1Mənbələr