Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ukrayna qüvvələri aylardır Rusiyanın strateji əhəmiyyətli Pokrovsk şəhərinə irəliləməsinə mane olub, kamikadze dronlarla minlərlə rus əsgərini öldürüb. Amma son həftələrdə vəziyyət dəyişib: Rusiya qüvvələri müdafiəni yarıb və ilk dəfə şəhərə daxil olub.
Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Qeyd olunub ki, Rusiya hərbçiləri arasında itkilər böyükdür. Ukrayna Silahlı Qüvvələrinin “Da Vinçi Canavarları” taborunun komandiri Sergey Filimonov bildirib ki, hər bir əsgərin ən çox qorxduğu şey dronlardır:
“Zəif təlim keçmiş rus əsgərləri, o cümlədən məhkumluqdan çıxıb qatılanlar minimal hazırlıqla döyüşə atılıblar”.
Bildirilib ki, itkilərə baxmayaraq, Rusiya irəliləməkdə davam edir:
“İyun ayında Rusiya 556 kv.km-dən çox Ukrayna ərazisini ələ keçirib, bunun dörddə birindən çoxu Pokrovsk istiqamətində idi”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.